Almaniya II Bundesliqasında yeni mövsümə start verilib.
Korner.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” səfərdə “Qroyter Fyurt” klubu ilə qarşılaşıb.
Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydanda çıxan Nazarov sonadək mübarizə aparıb.
