Nazarovun komandasından səfər qələbəsi
18.04.2022 , 10:00
Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” də növbəti matçına çıxıb. Aue təmsilçisi səfərdə “Haydenhaym”la qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Ersgebirge” hazırda 22 xalla 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.