Nazarovun komandası yenə məğlub oldu
21.02.2022 , 14:23
Almaniya II Bundesliqasında XXIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” səfərdə Düsseldorf “Fortuna”sına uduzub – 1:3.
Nazarov bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
23 oyuna 15 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.