Nazarovlu “Ersgebirge” səfərdə uduzdu
21.12.2020 , 16:52
Almaniya II Bundesliqasında XIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çxış etdiyi “Ersgebirge” səfərdə “Nürnberq”ə uduzub – 0:1.
Nazarov da bu matçın iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb və sarı vərəqə ilə cəzalanıb.
“Ersgebirge” hazırda 19 xalla 18 komanda arasında 6-cıdı.