Nazarovlu “Ersgebirge” səfərdə uduzdu
28.02.2021 , 11:28
Almaniya II Bundesliqasında XXIII turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” səfərdə “Holştayn”a uduzub – 0:1.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.
23 turdan sonra 32 xala malik “Ersgebirge” 18 komanda arasında 9-cudu.