Madrid “Real”ının qapıçısı Keylor Navas komandanın tarixinə düşüb.
Korner.az-ın məlumatına görə, İspaniya La Liqasının ilk üç turundan sonra qapısından qol buraxmayan Navas 40 il əvvəlki tarixi tərkrarlayıb.
Qeyd edək ki, Madrid klubu sonuncu dəfə 1975-ci ildə üç turdan sonra qapısını toxunulmaz saxlaya bilmişdi.