Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” MOİK klubunu məğlub edərək, növbəti mərhələyə adladı.
Korner.az-ın məlumatına görə, MOİK klubunun baş məşqçisi Namiq Adilov oyundan sonra fikrilərini bildirib:
“Oyuna hazırlaşmışdıq. Plan ondan ibarət idi ki, əks-hücumlarda oynayaq. “Qarabağ”a qarşı oynamaq çox çətindir. Buna görə də görüşün böyük hissəsini topsuz, ancaq qaçmaqla keçirdik. Futbolçulara demişdim ki, bizim üçün oyun ərzində 1-2 qol epizodu yarana bilər və bundan istifadə etmək lazımdır. Oyunçular bunu bacardılar. Biz möcüzəyə ümid edirdik. Lakin mərhələni adlaya bilmədik. Mən “Qarabağ”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.