“Nə qədər rekordumun olduğunu bilmirəm” – Ronaldo
15.10.2019 , 17:23
Karyerasında 700-cü qolunu vuran Kriştiano Ronaldo açıqlama verib.
Korner.az xəbər verir ki, ulduz futbolçu rekordların onu tapdığını deyib:
“Nə qədər rekordumun olduğunu bilmirəm. Mən sadəcə anı yaşamağa çalışıram. Mən rekorda getmirəm, rekordlar özü məni tapır. Bu, təbii gedən bir prosesdi, qarşıya məqsəd qoymaqla olmur”.