Gürcüstanın paytaxtı Tiflisdə keçirilən şahmat üzrə Qran-pri turnirində II turun oyunları başa çatıb.
Korner.az-ın məlumatına görə, yarışın III mərhələsinə uğurlu start verən azərbaycanlı qrossmeysterlər bu qələbə qazana bilməyiblər.
Belə ki, ilk turda qara fiqurlarla Maksim Vaşye-Laqrava (Fransa) qalib gələn Şəhriyar Məmmədyarov bu dəfə Rüstəm Qasımcanovla bacarmayıb və mat olub.
Yığmamızın digər lideri Teymur Rəcəbov isə “sülhsevər”liyini davam etdirə bilməyib. I turda Leynier Dominqueslə (Kuba) xalları yarı bölən həmyerlimiz ikinci oyun günündə ev sahibi kimi yarışa qatılan Baadur Jobava ilə heç-heçə edib.
II tur
Aleksandr Qrişuk (Rusiya) – Dmitri Andreykin (Rusiya) – 0,5:0,5
Dmitri Yakovenko (Rusiya) – Yevgeni Tomaşevski (Rusiya) – 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Rüstəm Qasımcanov (Qazaxıstan) – 0:1
Aniş Giri (Hollandiya) – Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) – Baadur Jobava – (Gürcüstan) – 0,5:0,5
Leynier Dominques (Kuba) – Pyotr Svidler (Rusiya) – 0,5:0,5
Turnir cədvəli: Tomaşevski, Giri, Qrişuk – hamısı 1,5 xal, Məmmədyarov, Rəcəbov, Yakovenko, Qasımcanov, Andreykin, Dominques – 1, Jobava, Vaşye-Laqrav, Svidler – 0,5.
Qeyd edək ki, bu gün keçiriləcək III turda Rəcəbov Svidlerlə, Məmmədyarov Andreykinlə üz-üzə gələcək.
APASPORT.az