“Mançester Yunayted”in futbolçusu Maykl Kerrik zədələnib.
Korner.az-ın məlumatına görə, bu xəbər ingilis mətbuatında yer alıb. Təcrübəli yarımmüdafiəçi komandasına 4 həftə kömək edə bilməyəcək.
Futbolçunun fevralın sonlarında məşqlərə başlayacağı gözlənilir.