Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” klubu qapıçısını əldən buraxmaq istəmir.
Korner.az-ın məlumatına görə, “Cim Bom” qapıçısı Fernando Muslera ilə müqavilə müddətini uzatmaq fikrindədir.
Türkiyə təmsilçisi uruqvaylı ilə müqavilənin müddətini 2021-ci ilə qədər uzatmaq qərarına gəlib. Azarkeşlərin sevimlisinə çevrilən Fernando Musleraya kapitanlıq da təklif ediləcəyi bildirilir.
Qeyd edək ki, qapıçı ilə müqavilə 2018-ci ildə başa çatacaq.