big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Murad Səttarlı hamını qabaqladı

07.06.2013 , 09:33

2012-2013-cü il mövsümündə "Simurq"un baş məşqçisi Georgi Çixradze 26 futbolçuya şans verib.

Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqada vaxt baxımından ən çox meydançada olan müdafiəçi Aleksandr Şemonayevdir. Zaqatalalı futbolçu 29 qarşılaşmada 2610 dəqiqə mübarizə aparıb. Yalnız XIII, XXVI turlarda sarı vərəqə limitini keçdiyindən və XXXI turda isə zədəli olduğundan komandaya kömək edə bilməyib.O, həmçinin Azərbaycan kubokunun hər üç görüşündə də əvəzlənmədən forma geyinib.

Keçirilən oyun sayı baxımından isə “Qarabağ”dan icarə əsasında heyətə qatılmış Murad Səttarlı hər kəsi qabaqlayıb. Gənc futbolçu 30 matçda forma geyinib. 1910 dəqiqə meydanda olan Səttarlıya Georgi Çixradze yalnız XVIII və XXIII turlarda şans verməyib. 11 görüşdə əvvəldən sona qədər oynayan gənc yarımmüdafiəçi 8 qarşılaşmada əvəzlənib, 11 matçda isə sonradan meydana daxil olub.

26 futbolçu içərisində ən az şans veriləni son turda əvəzedici heyətdən əsas komandaya cəlb olunan Cavad Kazımov olub. Gənc yarımmüdafiəçi yalnız “Qarabağ”la oyunun bitməsinə 5 dəqiqə qalmış meydana daxil olub. Ondan sonra Rüstəm Abbasov gəlir. “İnter”dən icarə əsasında heyətə qatılan müdafiəçi elə ilk turda 13-cü dəqiqədə zədələnərək meydanı tərk edib.

Bu mövsüm “Simurq”un heyətində üç qapıçı yer alıb. “Neftçi”dən icarəyə götürülən Eyyub Əliyev əsas komandada şans tapmasa da, əvəzedici heyətin əvəzedilməz oyunçusu olub. Təcrübəli Dmitri Kramarenko əsas qapıçı David Pietrzkeiviçin yoxluğunda “Simurq”un çərçivəsini qoruyub. Dörd görüşdə forma şansı əldə edən qapıçı, bu qarşılaşmalarda qapısından 3 qol buraxıb. Aleksandr Şemonayevdən sonra “Simurq”un heyətində ən çox meydanda olanlardan David Pietrzkeiviç Premyer Liqada çıxdığı 28 oyunda qapısından 23, ölkə kubokunun 3 oyununda isə 1 qol buraxıb.

Başa çatmış mövsümdə “Simurq”un ən məhsuldar futbolçuları əsasən legionerlər olub. İlk sırada serbiyalı yarımmüdafiəçisi Mario Bojiç gəlir. Komandanın Premyer Liqada vurduğu 32 qolun 6-sı onun aktivindədir. Zdravko Popoviçdə onun qədər qol vurub. Ancaq Xorvatiyalı forvardın XVIII turdakı fərqlənməsi rəqibə texniki məğlubiyyət verildiyindən qeydə alınmayıb. Bu səbəbdən Zdravko çıxdığı 27 görüşdə yalnız 5 dəfə rəqib qapıçılarını məyus edə bilib. Polşalı yarımmüdafiəçi Marçin Burkhardtın da hesabında 5 qol var. Onları 4 qolla Stepan Polyak izləyib. Xorvatiyalı yarımmüdafiəçi də aktivindəki qolların sayını beşə çatdıra bilərdi. Ancaq XXVII turda “Bakı” ilə görüşdə Polyakın penaltidən yararlana bilməməsi buna imkan verməyib. Zaqatala təmsilçisinin geridə qalan mövsümün ölkə kubokunda vurduğu yeganə qolun müəllifi isə Ruslan Poladov olub.

Son yazılar

To Top