big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Mujik, julik və…

16.10.2013 , 07:00

Bitdi… Daha bir seçmə mərhələsi yığmamız üçün yekunlaşdı. Sonluq heç də pis olmadı. Dörd günə dörd xal. Amma qarşıda bizi daha maraqlı “oyunlar” gözləyir. İlin sonunda müqaviləsi başa çatan Berti Foqtsun gələcək taleyi elə taleyüklü məsələyə çevrilib. Arxada qalan beş il ərzində almaniyalı mütəxəssis haqqında heç xoş sözüm olmayıb.

Düzdü, adam böyük futbol məktəbi olan Almaniyanı təmsil edir, doğulduğu ölkənin yığma komandasını Avropa çempionu edib. Bütün bunlar keçmişdə qalıb. Artıq zəmanə də, Foqts da dəyişib. AFFA rəsmisi Rusiya ilə oyundan əvvəl qonşu ölkə mətbuatına verdiyi müsahibədə Bertini mujik adlandırıb. Burda "mujik" söhbətinin təfərrüatına varmaq olardı, amma bunun Foqtsa aidiyyəti yoxdu. Axı ona “julik” epiteti daha çox uyğun gəlir… 

Küveyt və Nigeriya kimi neft ölkələrində işləyən almaniyalının Azərbaycanı seçməsi birmənalı deyil. Onu futboldan daha çox qazanc maraqlandırırdı. Elə bu illər ərzində bizə, futbolumuza göstərdiyi münasibət də göz qabağındadı. Heç bir ambisiyası olmayan bir yığmada işləməklə öz məqsədlərini həyata keçirdi. İndi son söz AFFA-nındı. Beş il ərzində xərci ilə xeyri qeyri-mütənasiblik təşkil edən baş məşqçinin saxlanılmasına gərək varmı? Axı, Foqtsu komandanı 2016-cı ildə Avropa çempionatının final mərhələsinə çıxara biləcəyinə söz verib. Bunun üçün əla zəmin yaranıb. Son seçmə mərhələdə cəmi üç dəfə uduzan komanda rekord xal yığmaqla, rekord mövqedə qərarlaşıb. Üstəgəl, 2016-cı ildə keçiriləcək Avropa çempionatında 24 komanda iştirak edəcək. Bu isə qitənin yarısı deməkdir. Əsl vaxtdı, herr Foqts. Söhbət Avropa çempionatına yollanmaqdan getmir, hiyləgərliyi işə salmağın vaxtıdı.

Son günlərin əsas hadisələrindən biri də jurnalistlərin də Foqtsu alqışlamasıdı. Artıq AFFA-nın əlində tutarlı əsaslar var: “Tarixi uğurlarla yanaşı, hətta mətbuat nümayəndələri də baş məşqçimizi alqış sədaları ilə qarşılayıb, alqış sədaları ilə yola salırlar”. Nə “mataq” şeymiş bu? Yadımdan çıxmamış onu da deyim, ruslarla oyunöncəsi alman öz iç izini bir daha göstərdi. Mətbuat önünə koməkçilərini göndərdi. Unutmayın, həmin çəpik çalanlar bir neçə gündən sonra lazım gələrsə, öz yazılarında Foqtsa qarşı çıxacaqlar. Sözümün canı odu ki, Şimali İrlandiya və Rusiya ilə oyunlar parlaq gələcəkli komandamız ideyası üçün etalon deyil!

Bu ermənilərin də işi-gücü yoxdu elə bil. İki seçmə mərhələdi imkan vermirlər rekord xalın sevincini yaşayaq. İndi də daha çətin qrupda yer alaraq, 13 xal toplayıb 5-ci yeri tutdular. Deməli, 4-ün dəyərinə bir quş…

Bir neçə kəlmə də Aleksandr Səmədov barəsində. Bu futbolçunun peşəkarlığına bir daha əmin oldum. Azərbaycanla heç bir bağlılığı olmayan biri ətrafında bu boyda şou təşkil etməyin yeri yox idi. Açıqladı, gəldi və oynadı. Ən yaxşısı, Xoşqədəm Hidayətqızına müraciət edin. Qoy, Saşanın valideynlərinin necə tanış olmasını, uşaqlıq xatirələrini üzə çıxartsın. Bundan sonra Aleksandr haqqında qərar verərik. İstəsək də, istəməsək də, “Səmədov” soyadını Braziliyada görmək imkanımız var. İndi vətənşüvənlik edənlər dünya çempionatının final mərhələsində oynayacağı təqdirdə onun əslən azərbaycanlı kimi təqdim olunmasını özlərinə rəva bilməyəcəklərmi?!

Son yazılar

To Top