big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Mübariz Mənsimov və Mais Mənsimov məni oğulları kimi görürlər” – (MÜSAHİBƏ)

20.02.2013 , 13:40

Azərbaycan millisinin (U-17) futbolçusu Cem Felek “Xəzər Lənkəran” rəsmi saytına müsahibə verib.

Korner.az-ın məlumatına görə, müqavilə ilə “ağ-yaşıllar”a məxsus olan, hazırda “Ayntraxt” (Frankfurt) klubunun ikinci komandasında icarə əsasında oynayan yarımmüdafiəçi Almaniyadakı və gələcək karyerasından danışıb.

– Adınız müqavilə ilə “Xəzər Lənkəran”la bağlıdır. Özünüzü “Xəzər Lənkəran”lı kimi hiss edirsiz?
– Hazırda Azərbaycan milli komandasında oynayıram. Türkiyədə və ya Azərbaycanda doğulmağımın heç bir fərqi yoxdur. Türkəm, amma qəlbim Azərbaycan üçün də döyünür. “Xəzər Lənkəran” mənə sahib çıxdı, mənə kömək etdi. Mən də bu sevginin qarşılığını “Xəzər Lənkəran”a və Azərbaycana bəsləyirəm.

– Almaniyada top qovursuz. Komandanın mövcud vəziyyəti necədir?
– Düzünü desəm, komandanın hazırkı durumu elə də yaxşı deyil. Mən də bir müddətdir ki, zədəliyəm. Çalışıram ki, tezliklə zədəmi bərpa edərək, səviyyəmi geri qaytarım. O zaman komandaya faydalı olacağıma əminəm. Klubumun da qısa müddətdə daha yaxşı vəziyyətə gələcəyinə ümid edirəm.

– Komandadakı rolunuzu, oyunda yerinizi necə dəyərləndirirsiz? “Ayntraxt”a faydalı olduğunuzu düşünürsüzmü?
– Mən komandanın ən dəyərli oyunçularından biriyəm. Bunu hamı görür və bilir. Əgər komanda üçün faydalı olmasaydım, bu yerlərə gəlib çıxmazdım. Hazırda komandamın və Azərbaycan yığmasının əsas oyunçularından biriyəm. Amma bilirəm ki, öz üzərimdə daha çox çalışmalıyam ki, daha da faydalı olum.

– Yeri gəlmişkən, Avropa qrandlarından ən sevdiyiniz klub, bəyəndiyiniz məşqçi və ideal hesab etdiyiniz futbolçu hansılardır?
– Suallarınızı elə verdiyiniz ardıcıllıqla cavablandıracağam: Madrid “Real”ı, Joze Mourinyo, Kriştianu Ronaldo.

– “Xəzər Lənkəran”ın sizin yetişməyinizdə rolunu necə dəyərləndirirsiz? Bu klub sizə futbolçu olaraq nələr verdi?
– Əlbəttə ki, “Xəzər Lənkəran”ın mənə əvəzsiz köməyi dəydi. Mübariz Mənsimov və Mais Mənsimova çox təşəkkür edirəm. Onlar məni oğulları kimi görürlər və məndən heç vaxt dəstəklərini əsirgəmirlər. Mən də çalışıram ki, onların inamını boşa çıxarmayım.

– Futbolçu kimi gələcəyinizi necə görürsüz?
– İndi bu barədə danışmaq düzgün olmaz. Bunu zaman göstərəcək. Amma mən peşəkar futbolçu kimi formalaşmaq üçün öz üzərimdə işləyirəm. Buna təkcə fiziki məşqlər aid deyil, həm də həyat tərzi çox önəmlidir. Mən məşqlərlə bərabər, yeməyimə, istirahət vaxtlarıma da nəzarət edirəm. Valideynlərim də bunun üçün mənə dəstək olur. İnşallah, onların dəstəyi, özümün də zəhmətimlə yaxşı yerlərə gələcəyimi düşünürəm.

– Bildiyiniz kimi, “Xəzər Lənkəran” öz çılğın azarkeşləri ilə məşhurdur. Komandamıza dönmədən öncə onlara demək istədiyiniz bir şey varmı?
– Əlbəttə, Azərbaycanda azarkeşlərin futbola marağının günü gündən artması sevindirici haldır. Demək istəyirəm ki, futbolu ürəkdən izləmək çox yaxşı haldır. Azarkeşlər həddi aşmadan, bir-birinə hörmət edərək futbolu izləməyə davam etsinlər.

Son yazılar

To Top