“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem karyerasını Türkiyədə davam etdirməyə çox yaxındı.
Korner.az-ın məlumatına görə, onun xidmətində maraqlı olan “Əskişəhərspor” futbolçu ilə artıq anlaşmaq üzrədi.
Türkiyə mətbuatının yaydığı məlumata görə, Ərkan Zənginlə yollarını ayıran “Əskişəhərspor”un yeni “10 nömrəsi” məhz Muarem olacaq.
Həmkarlarımız Superliqa klubunun makedoniyalı futbolçu ilə ilkin razılıq əldə etdiyini də vurğulayıblar. Bircə qalır “Qarabağ”ı bu keçidə razı salmaq. Futbolçu özü də yenidən Türkiyəyə qayıtmaq fikrindədi.