Mirzəyev Küveytdə ilk qolunu vurdu
01.11.2019 , 14:52
Küveyt Premyer Liqasında V turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi “Əl-Salmiyə” “Əl-Tadamon”u qəbul edib və 3:1 hesablı qələbə qazanıb.
Kamal bu qarşılaşmada da 90 dəqiqə meydanda olub. Yarımmüdafiəçi matçın 82-ci dəqiqəsində hesab 1:1 olarkən vacib qol vurub. Bu, onun Küveyt klubunda ilk qolu olub.
“Əl-Salmiyə” 10 xalla 10 komanda arasında 3-cü yerdə qərarlaşıb.