Fevralın 18-də “Əlincə” stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Korner.az-ın affa-az-a istinadən məlumatına görə, qarşılaşma saat 16:30-da başlayacaq.
Azarkeşlərin stadiona girişi sərbəst olacaq.