İyunun 9-da millimizlə yoxlama oyunu keçirəcək Latviya yığması ardıcıl 4-cü dəfə Baltika Kubokunun qalibi olub
Komanda Litva yığması ilə görüşdə 1:1 hesablı heç-heçə sayəsində buna nail olub.
Litva – Latviya – 1:1
Qollar:Kaspar Dubra, 46 (0:1), Karolis Laukzemis, 86 (1:1)
Qeyd edək ki, Baltika Kubokunun ilk oyunlarında Latviya Estoniyanı evdə 1:0 hesabı ilə məğlub edib. Litva isə səfərdə estoniyalılara 0:2 hesabı ilə uduzub.