“Turnirə qələbə ilə başlamaq, təbii ki, sevindiricidir. İstənilən turnirdə birinci oyunun nəticəsi psixoloji baxımdan böyük əhəmiyyət kəsb edir”.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, bu sözləri Azərbaycanın U-19 millisinin baş məşqçisi Arif Əsədov deyib.
Yığmamızın çalışdırıcısı Litva yığmasına 3:2 hesablı qələbəni şərh edərkən daha sonra bunları deyib:
“Xüsusilə birinci hissədə rəqibimizi bütün göstəricilərdə üstələdik. Lakin penalti zərbəsindən yararlana bilməməyimiz Litva yığmasının xeyrinə dönüş yaratdı. Bununla belə, qələbə qazana bildik və bu münasibətlə futbolçularımızı təbrik edirəm”.