19 yaşadən futbolçulardan ibarət Azərbaycan millisi Valentin Qranatkin adına Sankt-Peterburqda keçirilən xatirə turnirində sonuncu qrup matçına çıxışb.
Korner.az–ın məlumatına görə, Arif Əsədovun rəhbərlik etdiyi millimiz Ukrayna ilə qarşılaşıb.
Hər hissədə bir qol buraxan yığmamız turnirdə ilk məğlubiyyətini alıb. Bu məğlubiyyətdən sonra millimiz qrupda 3-cü olub.
Qeyd edək ki, millimizin yer aldığı A qrupunun digər oyununda Çexiya və Litva yığmaları üz-üzə gəliblər. Bu oyun Çexiyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
9 yanvar
A qrupu
14:15. Azərbaycan – Ukrayna – 0:2
Çexiya – Litva – 3:0