Millimiz uduzub, mübarizəni dayandırdı
12.04.2022 , 21:36
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəni dayandırıb.
Korner.az xəbər verir ki, B Liqasında çıxış edən yığma 1-ci qrupdakı son oyununda Şimali İrlandiya millisi ilə qarşılaşıb.
Ev sahibləri ilə matçda yığmamız 0:1 hesabı ilə uduzub. Milli üzvləri Çora Çambersin 34-cü dəqiqədəki qoluna mane ola bilməyib.
Azərbaycan yığması qrupdakı ilk oyunda Farer adalarına 2:0 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Maltaya uduzub – 1:2.
Azərbaycan – Şimali İrlandiya – 0:1
12 aprel. İnver Park. Larne. Saat 17:00
Hakimlər: Tatyana Sorokopudova (Qazaxıstan), Nargis Magau (Qazaxıstan), Anni Koppel (Estoniya), Triinu Laos (Estoniya)