16 yaşadək futbolçular arasında Maltada təşkil olunan UEFA İnkişaf turniri davam edir.
Korner.az-ın məlumatına görə, III turda Azərbaycan millisi Belarusla qarşılaşacaq.
Aktivində 3 xalı olan millimizi bu matçda istənilən heç-heçə də qane edir.
Qeyd edək ki, ilk görüşündə Lixtenşteynə 8:0 hesabı ilə qalib gələn milli komandamız daha sonra Maltaya 0:3 hesabı ilə uduzub.
28 mart
13:30. Azərbaycan – Belarus
