Millimizin rəqiblərindən iki eyni nəticə – 2:2, 1:2
Millimizin DÇ-2014-ün seçmə qrup mərhələsindəki rəqibləri yoxlama matçlarında qüvvələrini sınayıb.
Korner.az-ın məlumatına görə, Rusiya doğma meydan da, ABŞ seçməsi ilə bacarmayıb. Qarşılaşma heç-heçə bitib.
İsrail Belarusa, Lüksemburq isə Şotlandiyaya evdə eyni hesabla məğlub olub – 1:2.
Portuqaliya yığması isə Qabonu məğlub etməkdə çətinlik çəkib.
Yoxlama oyunu
14 noyabr
Rusiya – ABŞ – 2:2
Qollar: Smolov, 9, Şirokov, 84-pen – Bredli, 76, Diskerud, 90+3.
İsrail – Belarus – 1:2
Qollar: Damari, 19 – Kislyak, 45+1, Balanoviç, 46.
Lüksemburq – Şotlandiya – 1:2
Qollar: Gerson, 47 – Rodes, 12; 23.
Qabon – Portuqaliya – 2:2
Qollar: Madinda, 32, Poko, 70-pen – Pitsi, 36-pen, M.Lopes, 60.