Milli Gürcüstana qalib gəldi
07.08.2021 , 00:10

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, yığmamız “Dalğa Arena”da gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. U-19-un heyətində 40-cı dəqiqədə Mirmövsüm Canıyev və 66-cı dəqiqədə Berkay Vardar fərqlənib.
Komandalar arasında avqustun 3-də keçirilmiş ilk oyun 3:2 hesabı ilə Gürcüstan millisinin xeyrinə başa çatmışdı.
