Qış tətilini başa vuran “Bakı” bu gün bir araya gəlib. Plana
əsasən komanda iki məşq keçib.
Korner.az-ın məlumatına görə, əvvəlcə saat 11:00-da klubun təlim-məşq bazasında baş tutan
hazırlığa köməkçi məşqçi Mario Fernandes rəhbərlik edibş
Öncə isinmə hərəkətlərinə yer verən çalışdırıcı ardından
futbolçuları 3 qrupa bölərək onları meydanboyu qaçırdıb. Birsaatlıq yüngül və
sürətli qaçışın ardından oyunçular dartınma hərəkətlərini icra edib. Bununla da
“Bakı” yeni ildə ilk məşqini başa vurub. Saat 15:00-da isə futbolçular trenajor zalında çalışıb.
Xatırladaq ki, “Bakı” yanvarın 11-də İspaniyaya təlim-məşq
toplanışına yola düşəcək. Yanvarın 26-na kimi İspaniyanın Marbelya şəhərinin
“Quadalmina” otelində məskunlaşacaq komanda bu müddətdə 4 yoldaşlıq görüşü
keçirməsi nəzərdə tutulur. Sınaqçı-rəqiblərin adları yaxın günlərdə dəqiq
bilinəcək.
