“Milan”ın yeni baş məşqçisi rəsmiləşdi
13.06.2024 , 15:43
![](https://korner.az/wp-content/uploads/2024/06/IMG_1121.jpeg)
“Milan”ın yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, İtaliya nəhəngini Paulo Fonsekaya tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Fonsekanın illik maaşı isə 3,5 milyon avro dəyərində olacaq.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)