“Milan”dan yeni transfer
28.05.2021 , 16:44

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, İtaliya təmsilçisi Fransa çempionu “Lill”in qapıçısı Mayk Menyanı transfer edib.
Bu barədə klubun saytı məlumat yayıb. 25 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb.
