Liberetsin “Slovan” klubu ilə müqaviləsi başa çatan ulduz futbolçu Milan Baroşun yeni klubunun adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, 35 yaşlı futbolçu karyerasını Almaniyada davam etdirəcək. Almaniya mətbuatının yaydığı xəbərə görə, məşhur forvard ölkənin III liqasında mübarizə aparan “Oberlausitz Neugersdorf” klubu ilə anlaşıb.
Baroşun transferini daha öncə “Slovan”da çıxış edən, hazırda Almaniya klubunda idman direktoru vəzifəsində çalışan Yan Nezmar həyata keçirib. Baroşun Almaniya klubu ilə yaxın günlərdə 1 illik müqavilə imzalayacağı gözlənilir.