"Milan"ın baş məşqçisi Aleqri Milan şəhərini Avropa təmsil edən tək klub olduğunu bildirərək əzəli rəqibləri "İnter"ə mesaj göndərib.
Korner.az-ın məlumatına görə, "İnter"in baş məşqçisi Mazzarinin "İnter" ilə "Milan" arasında çox fərq var" açıqlamasına Aleqri təşkil etdiyi mətbuat konfransında cavab verib:
"İnter" sadəcə A seriasında bizdən irəlidədi. Biz Avropadayıq, "İnter" hanı? Milan kimi şəhəri Avropada 2 klub təmsil etməlidir, amma bu baş vermədi. Kubokda da biz Milanı tək təmsil edirik. Onlar sadəcə liqada 9 xal bizdən öndədirlər. Lakin ikinci dövrədə hər şey fərqli olacaq".
