“Milan” 3 xalı 4 qolla qazandı
01.10.2018 , 09:40

İtaliya “A” seriyasında 7-ci turun oyunları davam edir.
Son turlar uğursuzluq zolağına düşən “Milan” səfərdə “Sassuolo”nun qonağı olub.
İlk hissənin sonunda Qattuzonun komandası hesabı açıb. Fasilədən sonra da rəqibi qapısına doğru sıxışdıran “Milan” yekunda rəqibinə heç bir şans tanımayıb.
İtaliya “A” seriyası
VII tur
“Sassuolo” – “Milan” 1:4
Qollar: Kessi, 39 (0:1), Suso, 50 (0:2), Kastillexo, 60 (0:3), Djuricic, 68 (1:3), Suso, 90+4 (1:4)
Qeyd edək ki, mövsümdə ikinci qələbəsini “Milan” 9 xalla 10-cu pillədə qərarlaşıb. “Qırmızı-qaralar” rəqiblərindən 1 oyun az keçiriblər. “Sassuolo” isə 13 xala 5-cidir.
