Meydandan qovuldu, tarixə düşdü
07.11.2019 , 19:58
“Mançester Siti”nin qapıçısı Klaudio Bravo Çempionlar Liqasının tarixinə düşüb.
Korner.az xəbər verir ki, “Atalanta” ilə oyunda zədələnən Edersonun yerinə meydana daxil olan Bravo 81-ci dəqiqədə qırmızı vərəqə alıb.
O, ÇL tarixində oyuna sonradan daxil olub, meydandan qovulan ilk qapıçı olub.