big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Meydana qayıtmaq üçün günləri sayıram” – Ruslan Abışov

10.10.2018 , 15:42

Bu gün “Neftçi”nin futbolçusu Ruslan Abışovun 31 yaşı tamam olur. Bu münasibətlə klubun rəsmi saytı ondan müsahibə alıb.

– Ruslan, doğum gününüz mübarək!

– Çox sağ olun! Sizdən bu təbriki eşitmək çox xoşdur.

– Zədəli olduğunuz üçün məşq proseslərindən kənarda qalsanız da, komandanın heç bir oyununu buraxmırsınız. “Neftçi”ni kənardan izləmək nə qədər çətindir?

– Açığı, komandaya kənardan baxmaq çox çətindir. Düzdür, nəticələrimiz əladır, turnir cədvəlinin lideriyik,  amma meydana qayıdacağım günü səbirsizliklə gözləyirəm. Bunun üçün günləri sayıram. Digər tərəfdən də qətiyyən tələsmək olmaz. Zədədən sonra tam bərpa olunmalıyam.

– Bərpa prosesi necə keçir?

– Bu proses hər ötən gün intensivləşir. Həkimlərin nəzarəti altında məşq edirəm. Ayın sonunda Almaniyaya gedib, bərpa prosesi keçməliyəm.

– Sizcə, bu mövsüm Topaz Premyer Liqasındakı uğurlu nəticələrimizin sirri nədədir?

– Vahid komanda olmağımızda, klubda çalışan hər kəsin öz işini düzgün şəkildə görməsində, azarkeşlərimizin bizi tək buraxmamalarında… Bu uğurda hər kəsin zəhməti var. Hələ qarşıda üç dövrə var, rahatlaşmaq olmaz. Bu tempi saxlayıb, sonra da artırmalıyıq. 7 oyuna 3 qol buraxmışıq. Bu isə müdafiə xəttinin güclü olmasından xəbər verir.

– Rəqabətdən çəkinmirsiniz ki?

– Rəqabət hamımız üçün faydalıdır. Mənim üçün ən vacib məsələ zədəmi sağaltmaq və əsas heyətə qayıtmaqdır. Amma təbii ki, oynamasam da, komandamızın nəticələrinə sevinirəm.

– Sizcə, birinci dövrədəki oyunu ilə “Neftçi” çempionluq iddiasını ortaya qoya bildimi?

– Təbii ki, “Neftçi” çempionluğa oynayır. Amma çempionatın dörddə bir hissəsi arxada qalıb. Yəni hələ əsas mübarizə qarşıdadır. Amma çalışsaq, komanda ruhunu saxlasaq, istədiyimizə nail ola bilərik.

– Son “fanzona”ların birində azarkeşlərlə görüşdünüz. Təəssüratlarınız necə oldu?

– Əla oldu. Ümumiyyətlə, azarkeşlərimizlə görüşlər mənə böyük zövq verir. Onlardan pozitiv enerji alıram. Mənim tez sağalmağımı və komandaya qoşulmağımı arzulayırlar. Hər birinə təşəkkür edirəm.

– Sabah milli komandamızın Millətlər Liqasında Farer adaları ilə səfər oyunu var…

– Millimizə uğurlar arzulayıram! Çox istərdim ki, bu turnirdə millimizə kömək edim, amma təəssüf ki, alınmadı. Fikrimcə, sabahkı oyun millimiz üçün çox vacib və həlledici olacaq.

Son yazılar

To Top