“Barselona”nın futbolçusu Lionel Messi maraqlı açıqlama ilə gündəmə gəlib.
Korner.az-ın məlumatına görə, ulduz futbolçu ilin yekunu haqda fikirlərini səsləndirib.
Klublararası Dünya Çempionatının finalında “River Pleyt”i 3:0 hesabı ilə məğlub edən katalonların hücumçusu bu matçdan sonra:
“Bu il həqiqətən də möhtəşəm oldu. Komandamla birgə gözəl uğurlar qazandım. “Qızıl Top”a gəlincə, bu mükafatı qazansam, onun üçün otaq ayıracam”, – fikirlərini dilə gətirib.
Messi bu mövsüm də “Ballon D`or” namizədləri arasındadı. Bu nominasiyada onun rəqibləri “Real”ın hücumçusu Kriştiano Ronaldo və komanda yoldaşı Neymardı.