“Barselona”nın futbolçusu Lionel Messi “Real”ın keçmiş hücumçusu Raul Qonzalesin rekordunu təkrarlayıb.
Korner.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, argentinalı ulduz Çempionlar Liqasının 1/8 finalında “Mançestester Siti” ilə matçda (2:0) fərqlənərək bu turnirdə qollarının sayını 66-a yüksəldib.
Bununla da o, ÇL-də bir komandada ən çox fərqlənən Raulun rekorduna şərik olub.
Qeyd edək ki, Messi daha beş dəfə qol rəqib qapılarına yol tapacağı təqdirdə ÇL tarixinin ən çox qol vuran futbolçusu olacaq. Hazırda bu rekord da Raula (71) məxsusdur.
