“Barselona” klubunun argentinalı ulduzu Leonel Messi bu gün İspaniya La Liqasının “Malyorka” ilə keçirilən səfər oyununda 2012-ci ildə 75 və 76-cı qollarına imza atıb.
Korner.az-ın məlumatına görə, beləliklə Messi 1958-ci ildə bir mövsümdə 75 qol vuran Pelenin rekordunu yeniləyib.
Bu nəticədən sonra Messi dünya futbolu tarixində bir mövsümdə rəsmi oyunlarda ən çox qol vuran futbolçu olub.