Argetina millisinin hücumçusu Lionel Messi final oyunu haqda danışdı.
Korner.az-ın məlumatına görə, ulduz futbolçu şəxsi Feysbuk hesabında:
“Sabah biz ölkəmiz üçün həyatımızın ən vacib oyununa çıxacağıq. Mənim arzularımı və ümidlərimin çin olmağına cəmi bir oyun qalıb. Biz bunu bacaracağımızı bilirik. Bizim xalq bizi bura qədər gətirib. Amma arzu hələ reallaşmayıb, sabah qələbə qazanmaq istəyirik, və buna hazırıq”, – fikirlərini qeyd edib.
Xatırladaq ki, oyun iyul ayının 13-ü “Marakana” stadionunda Almaniyaya qarşı keçiriləcək.
