“Barselona”nın futbolçusu Messi milliyə qayıtmaq haqda düşünmür.
Korner.az-ın məlumatına görə, futbolçu qərarında qətidi.
Argentinanın Messinin ailəsinə yaxın mənbəyində alınan məlumata inansaq, ulduz futbolçu bir daha Argentina yığmasının uğurları üçün çalışmayacaq.
Bunun qarşısını almaq üçün isə nə Argentina Futbol Federasiyası, nə də hökumət addım atmayacaq.
Xatırladaq ki, futbolçu “Copa America-2016” turnirinin finalında Çili məğlubiyyərindən sonra karyerasını bitirmişdi.
