Andrea Pirlo haqqında şok iddia ortaya atılıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, keçmiş futbolçu Marko Materazzinin mencer olan qardaşı Matteo Materazzi Pirlonun “Beşiktaş”a keçəcəyini açıqlayıb.
O bu fikirləri səsləndirib: “Beşiktaş” Pirloya mövsüm əvvəlində 2.2 milyon dollarlıq müqavilə təklif etdi. Müqavilə müddəti 3 il oldu. “Yuventus” isə Pirlonun yerinə Madrid “Real”ından Xabi Alonsonu gətirəcək”.
