MEDİA saytlara və qəzetlərə dəstək layihəsi ilə bağlı müsabiqənin nəticələrini açıqladı
03.07.2023 , 18:43

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən çap mediası və onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.
Korner.az xəbər verir ki, bu barədə MEDİA-nın yaydığı məlumatda bildirilib.
