“Real” “Atletiko”ya qarşı Çempionlar Liqasının 1/4 finalında keçiriləcək cavab matçına ciddi itki ilə çıxacaq.
Korner.az-ın məlumatına görə, komandanın braziliyalı müdafiəçisi Marselo sözügedən qarşılaşmanı buraxacaq. Madrid klubu ilə ilk oyunda sarı vərəqə alan Marselo cəzalı duruma düşüb.
Qeyd edək ki, “Atletiko” – “Real” matçı 0:0 hesablı qolsuz bərabərliklə başa çatıb. Bu komandalar arasında cavab qarşılaşması aprelin 22-i keçiriləcək.