Sabah “İnter” UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Bayıl Arena”da Finlandiyanın “Mariehamn” klubunu qəbul edəcək. Artıq rəqib komanda Bakıdadı.
Korner.az-ın məlumatına görə, “İnter TV”nin çəkiliş qrupu təyyarəsi gecə saat 03.40-da paytaxtın hava limanına enən “Mariehamn”ın Azərbaycana gəlişini lentə alıb. Bundan başqa çəkiliş qrupu Aland adalarını təmsil edən komandanın iki futbolçusundan – Kris Brayt və Dever Olgillə də qısa müsahibələr alıb.