Adlarını “Mançester Yunayted”in futbol tarixinə yazdıran Rayan Giqqz və Qari Nevil Mançester şəhərinin digər təmsilçisi “Salford Siti” klubunun səhmlərini almağı planlaşdırırlar.
Korner.az-ın məlumatına görə, iki əfsanəvi futbolçu 500 min avro qarşılığında klubu alıb futbol akademiyası açmaq istəyir. Hər iki futbolçunun yaxın dostunun İngiltərə mətbuatına verdiyi məlumata görə, futbolçular ilk öncə klubda futbol-məşqçi kimi fəaliyyət göstərməyi planlaşdırırlar.
