“Mançester Yunayted”də yeni müqavilə
11.05.2021 , 16:50
“Mançester Yunayted” futbolçusu Edinson Kavaninin müqaviləsini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Uruqvaylı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kavani ötən mövsümdən “qırmızı şeytanlar”da çıxış edir. 34 yaşlı hücumçu bu mövsüm keçirdiyi 34 oyunda 13 qol vurub, 5 məhsuldar ötürmə edib.