"Mançester Yunayted"in sahibi olan Markolm Qleyzer vəfat edib.
Korner.az-ın məlumatına görə, amerikalı iş adamı 85 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, M.Qleyzer 2005-ci ilin mayında Mançester təmsilçisini 790 milyon funt sterlinqə alıb. "Qırmızı şeytanlar"ın sahibi kimi o, 2007, 2008, 2009, 2011, 2013-cü illlərdə İngiltərə Premyer Liqasının qalibi sevincini yaşamışdı.