“Bayer”in forvardı Xavyer Ernandes “Mançester Yunayted”dən getməyinin səbəbinin Lui Van Qaal olduğunu bildirib.
Korner.az-ın məlumatına görə, o, bunları deyib:
“Penaltini yerinə yetirmədiyimdən sonra Van Qaalın əsəblə Giqsə baxdığını bilirdim. Əsas heyətdə yerimi itirdiyimi bilirdim. Oyundan sonra Van Qaal mənə belə dedi: “əgər penaltidən qol vura bilmirsənsə , oyundan necə vuracaqsan”. Həmin oyundan sonra məni yanına çağırıb bir neçə təklif gəldiyini bildirdi.Evə gedərək ağladım. MY-nu çox sevirdim. Lakin heç nə edə bilməzdim. Van Qaal mənə inanmırdı və mənə konsepsiyasına daxil olmadığımı demişdi.
Premyer liqadan 3 təklifim var idi. Lakin MY-ya qarşı oynamaq istəmədiyimə görə Bayeri seçdim. De Xea mənim dostumdur. Onunla hər gün danışırıq.Ondan başqa Kerrik və Yanqla yaxşı münasibətim var.Veteranların özlərini Mançester Yunayteddə xoşbəxt hiss etmədiklərini deyə bilərəm.Mən isə Almaniyada xoşbəxtəm , məni hər şey qane edir”