"Maçnester Yunayted" heyətini hücumçu ilə gücləndirmək istəyir.
Korner.az-ın məlumatına görə, bu barədə İspaniyanın məşhur sport.es saytı məlumat yayıb.
Mançesterlilər "Barselona"nın futbolçusu Pedro ilə yaxından maraqlanır. Onlar klubdan gedəb Robin van Persinin əvəzinə ispan forvardı heyətlərinə qatmaq niyyətindədi.
"Qırmızı şeytanlar" kataloniyalılara 30 milyon avro təklif edib.
Xatırladaq ki, bir neçə gün əvvəl "Barsa"nın prezidenti Pedronun bu mövsümdə komandada qalacağını demişdi