“Mançester Yunayted” üçün daha bir itki
04.03.2019 , 19:48

“Mançester Yunayted”in çilili futbolçusu Aleksis Sançezin durumuna aydınlıq gəlib.
30 yaşlı oyunçunun sağ dizində zədə aşkarlanıb. Onun təxminən 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Sançes İngiltərə Premyer liqasının 29-cu turu çərçivəsində “Sauthempton” klubu ilə görüşdə zədələnib.
