"Mançester Yunayted" futbolçusu Darren Fletçerlə yollarını ayırmağı düşünür.
Korner.az-ın məlumatına görə, bu xəbər ingilis mətbuatında yer alıb. Məlumatda deyilir ki, təcrübəli futbolçu özünə klub tapacağı halda "qırmızı şeytanlar" onu təmənnasız satmağa hazırdı.
Qeyd edək ki, Fletçer ilə "Vest Hem", "Vest Bromviç", "Seltik" və "Valensiya" klubları maraqlanır.