big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Mais Mənsimov: “Kamranın bu cür qeyri-ciddi açıqlama verməsinə inanmıram” – MÜSAHİBƏ

31.07.2012 , 19:02

“Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimovun müsahibəsi

– Öncə komandanızın Avropa Liqasında çıxışlarını dəyərləndirərdiniz…
– Bildiyiniz kimi, “Xəzər Lənkəran” yarandığı gündən ən yüksək hədəflər uğrunda mübarizə aparır. Komandamız 8 illik tarixi ərzində 6 dəfə avrokuboklarda oynamaq hüququ qazanıb. Amma Avropada çıxışımız nədənsə alınmırdı. Bunun səbəbləri çoxdur və hesab edirəm ki, hər kəsə məlumdur. Əvvəlki illərlə müqayisədə bu dəfə çıxışımız mərhələ keçmək baxımından daha uğurlu oldu. Ancaq ilk mərhələdəki rəqibimizin – Estoniyanın “Nomme Kalyu” klubunun səviyyəsinə, büdcəsinə nəzər saldıqda bizim onu keçməyə borclu olduğumuz məlum məsələ idi. Lənkəranda keçirilən ilk oyunda əldə olunan nəticə heç də ürəkaçan olmadı. Amma cavab görüşündə komandamız inamlı qələbə qazanaraq sübut etdi ki, ilk oyunun nəticəsi təsadüf idi. Şübhəsiz ki, ikinci mərhələdə görüşdüyümüz və bizə yaxşı tanış olan Poznan “Lex”i Tallinnin “Nomme Kalyu” klubundan daha güclü idi. Onun gücünə Azərbaycanda kifayət qədər bələddirlər. “Lex”in avrokuboklarda böyük təcrübəsi var, hətta qitə miqyaslı turnirin qrup mərhələsində çıxış edib. Buna baxmayaraq, “Lex”lə Lənkəranda baş tutan matçda hamı gördü ki, komandamız qələbəyə daha çox layiq idi. Məncə, futbolçularımız rəqibdən üstün görünürdü. Polşadakı oyunda da komandamızın çıxışı pis deyildi. Uşaqlar əzmkarlıqla vuruşdular, lakin bəxtsizlikdən, nəticə etibarilə avrokuboklarda mübarizələrini dayandırmalı oldular.

– Sizcə “Lex”i keçməyə nə mane oldu?
– “Lex” Lənkərandakından güclü oynayırdı, çünki doğma meydanında möhtəşəm azarkeş dəstəyindən güc alırdı. 42 minlik stadionun yarısından çoxu dolmuşdu, azarkeşləri bir saniyə olsun belə susmurdular, komandalarını qələbəyə səsləyirdilər. Psixoloji cəhətdən bu amil futbolçularımıza da təsir etməyə bilməzdi. Çünki onlar həqiqətən güclü azarkeş təzyiqi ilə üzləşdilər. Bundan başqa, bilirsiniz ki, komandamızın heyəti hələlik tam formalaşmayıb. Bizim bir neçə mövqelərimizdə axsamalar var və transfer çalışmalarımız hələ bitməyib.

– Çoxları mübarizədən kənarda qalmağınızı lazımi transferlərin olmaması ilə izah edir. Baxışa xeyli oyunçu çağırılsa da, sonda heç biri saxlanılmadı. Komandanın 2-ci mərhələni keçməməsində oyunçu çatışmazlığının rolu olması ilə razısızmı?
– Qismən. Bizim bu gün oturuşmuş, mübariz heyətimiz var. Oyunçularımızın hər biri istənilən komandanı gücləndirə biləcək qüvvədədir. Ancaq eyni zamanda, əminəm ki, bu oyun üçün heç olmasa bir yeni hücumçunu transfer etsəydik, nəticə fərqli ola bilərdi.

– Transferlər niyə alınmadı?
– Bildiyiniz kimi, klubumuzun məşqçilər korpusu bu məsələ üstündə işləyir. Ancaq transfer yalnız transfer naminə olmamalıdır. Transfer sözün əsl mənasında say baxımından yox, keyfiyyət baxımından artmalıdır. Bizə gündə onlarla futbolçuların anketləri təqdim olunur. Ancaq həmin oyunçuların ya səviyyələri bizim istədiyimizdən aşağıdır, ya da onların istədikləri məvacib bizi qane etmir. Sadəcə, futbolçu istədiyi pulun qarşılığını verməlidir.

– Həm Tallin, həm də Poznandakı oyunların yayını ilə bağlı son anadək qeyri-müəyyənlik olurdu. Sonda isə ümidlər gerçəkləşmirdi. Telekanallar klubun onlara kömək etməməsindən gileylənirdi…
– Eşitdiyimə görə deyirlər ki, guya canlı yayının olmaması hansısa maddi problemlərdən irəli gəlir. Əslində isə keçirdiyimiz hər iki mərhələdə canlı yayının olmamasının səbəbini bizdə axtarmaq lazım deyil. Məsələn, “Nomme Kalyu” ilə səfər oyunu zamanı Estoniyada U-19 Avropa çempionatı keçirilirdi və bu səbəbdən həmin ölkənin bütün çəkiliş qrupları bu çempionat oyunlarının işıqlandırılması ilə məşğul idilər. O ki qaldı son səfər oyunumuza, sizə bildirmək istərdim ki, “Lex” rəhbərliyinin həmin qarşılaşmanı canlı yayınlamaq niyyəti əvvəlcədən yox idi. Hər iki halda gördüyünüz kimi, nə Estoniya, nə də Polşa telekanalları oyunu yayınlayıb. Yayınlasaydılar, onda biz də onlarla mütləq yayın siqnalının alınması ilə əlaqədar razılığa gələrdik. Ancaq siqnal olmayan yerdə nəyi yayınlayasan? Lakin buna baxmayaraq, biz müəyyən məbləği ödəyərək yayın hüququnu əldə etdik və internet vasitəsilə son görüşü yayınladıq. Qeyd edim ki, həmin oyunu internet vasitəsilə 13 mindən çox insan izləyib.

– “Lex”lə matçdan sonra 3 futbolçunun – Kamran Ağayev, Rendal Brenes və Rikardo Qomeşin transferə çıxarılmasına səbəb nə oldu? Bu, baş məşqçinin istəyi idi, yoxsa sizin?
– Klubumuzun nizamnaməsi var və buna əsasən bu cür məsələlər baş məşqçinin səlahiyyətlərinə daxildir. Bildiyiniz kimi, Rikardo Qomeş komandamıza keçmiş baş məşqçi Mirça Rednikin Rendal Brenes isə Cüneyt Biçərin vaxtında transfer olunub. Məsələ bundadır ki, indi bizim baş məşqçi Yunis Hüseynovdur, və əgər fikir vermisinizsə, hazırda adı çəkilən futbolçular öz yerlərini əsas heyətdə bərkidə bilməyiblər. Əksər vaxtlarını ehtiyat oyunçular skamyasında keçirirlər. Nadir hallarda məşqçi onları oyunun axırlarında meydana buraxa bilər. Məncə bu onunla bağlıdır ki, Brenes və Qomeş Yunis bəyin oyun sisteminə uyğun gəlmirlər. O ki qaldı Kamran Ağayevlə vidalaşmağımıza, bu qərarın səbəbini Kamranın son oyunda buraxdığı səhvdə axtaranlar yanılırlar. Əslində, bu qərarı qəbul edərkən ümumilikdə Kamranın son 1 il ərzində komandamızda çıxışları nəzərə alınıb.

– Çempionatın startına 1 həftə qalmış belə addımın atılması nə dərəcədə düzgündür? Onsuz da ehtiyat oyunçular skamyası qısa olan “Xəzər Lənkəran” az müddətdə heyətini komplektləşdirə biləcəkmi?
– Biz futbolçu axtarışlarını dayandırmamışıq. Hazırda demək olar ki, bütün mövqelərə futbolçu axtarışı ilə məşğuluq. Heyətimizə cəlb etmək istədiyimiz futbolçulara qoyduğumuz tələblər yüksəkdir. Bu, futbolçunun tək yaxşı olmasına aid deyil, həm də onun yaşına, nizam-intizamına əhəmiyyət veririk. Ona görə də son bir ildə bağladığımız müqavilələr azı 2 ilə nəzərdə tutulub. Bunlar da hamısı keçən il qəbul olunan klubumuzun yeni transfer siyasətinə uyğun aparılır. Əsas məqsəd odur ki, “Xəzər Lənkəran”a gələn futbolçu fayda versin. Əmin etmək istəyirəm ki, yeni gələn futbolçular daha səviyyəli olacaqlar. Klub məhz bu il tarixində ilk dəfə Avrokuboklarda mərhələ adlamağa müvəffəq olub, Bu da onu göstərir ki, klub son il ərzində apardığı daxili islahatlar artıq bəhrəsini verməkdədi. Növbəti mövsümdə də, məqsədimiz çempionatda qızıl medalı və ölkə kubokunu qazanmaqdır.

– Kamran Ağayev bildirmişdi ki, transferə çıxarılmasından klub prezidenti Mais Mənsimovun xəbəri yoxdur. Yəni, bu qərar da sizə aiddir?
– İnana bilmirəm ki, Kamran bu cür qeyri-ciddi açıqlama versin. Çünki hər bir heyət üzvü kimi, Kamran da çox gözəl bilir ki, mənim rəyim olmadan klubda heç bir addım atılmır. Klubda çalışan hər kəsin işinə layiq olduğu qiyməti verən mənəm. Ümumiyyətlə, son zamanlar kluba qarşı irimiqyaslı “qara piar” kampaniyası aparılır. Aydın məsələdir ki, klubumuzu istəməyənlər və onların əlaltıları doğma azarkeşlərimizlə klub arasında nifaq salmaq istəyirlər. Ancaq onlar heç vaxt bu arzularına çata bilməyəcəklər, çünki belə hallardan biz daha da güclənirik.

– Kamranla əvvəllər də problemlər olub. Onun komandadan getməsi tez-tez gündəmə gəlib. Lakin hər dəfə komandada saxlanılıb. Hətta Mirça Rednikin istefasında da onun bilərəkdən oynamaq istəmədiyi iddia edilirdi. Konkret “Neftçi”yə 0:5 hesablı məğlubiyyətdə Kamranın özünü zədəli kimi göstərməsinin rolu olduğu haqda fikirlər səslənirdi…
– Ağayev məsələsində çox da geniş dayanmaq istəməzdim. Onu deyə bilərəm ki, olan olub, keçən keçib. Hər şeyin öz vaxtı var. Bunlar artıq “Xəzər Lənkəran”ın keçmiş tarixidir. Artıq irəli baxırıq. Vacibi odur ki, keçmiş səhvləri təkrarlamayaq. Kamran Ağayevə isə gələcək karyerasında uğurlar arzulayıram.

apasport.az

Son yazılar

To Top