Mahirin komandası cavab oyununa çıxır
09.08.2022 , 11:33

Millimizin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb, Xorvatiya) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstan “Lüdoqorets”i ilə cavab oyununu keçirəcək.
Korner.az xəbər verir ki, qarşılaşma Zaqrebdəki “Maksimir” stadionunda oynanılacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
“Dinamo” mərhələ adlayacağı təqdirdə növbəti raundda “Budyo Qlimt” (Norveç) – “Jalqiris” (Litva) cütünün qalibi ilə görüşəcək.
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi
Cavab oyunları
22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan)
“Maksimir” stadionu
İlk oyun – 2:1
